hrin.az

İstehsalat sahəsi üzrə nəm dəsmal (solfet) avadanlıqları ustası

Fabriora Group MMC

Əmək haqqı: Razılaşma

20208 oktyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriFərq etməz
TəhsilFərq etməz
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

İşəgötürən: FABRİORA GROUP MMC
Əməkhaqqı: Razılaşma yolu ilə (Namizədin təcrübə və bacarıqlarına əsasən)
İş qrafiki: Tam iş günü / Növbəli (gələcəkdə nəzərdə tutulur)
Ünvan: [İstehsalat sahəsinin yerləşdiyi ünvan / ərazi]

İşin təsviri və vəzifə öhdəlikləri:
•    Nəm dəsmal (solfet) istehsalı xəttinin və avadanlıqlarının kəsintisiz, saz və təhlükəsiz işini təmin etmək;
•    Dəzgahlarda və mexanizmlərdə yaranan texniki nazaslıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
•    Avadanlıqlara periodik profilaktik baxış keçirmək, cari və əsaslı təmir işlərini həyata keçirmək;
•    İstehsal olunan məhsulun keyfiyyət standartlarına cavab verməsi üçün dəzgahların parametrlərini tənzimləmək;
•    Ehtiyat hissələrinə və mexaniki detallara olan tələbatı öncədən müəyyənləşdirib rəhbərliyə təqdim etmək;
•    İstehsalat sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.

Tələblər:

•    Nəm dəsmal (solfet) istehsalı avadanlıqlarının təmiri və istismarı sahəsində minimum 5 il peşəkar iş təcrübəsi;
•    Avadanlıqların mexaniki, pnevmatik və elektromexaniki hissələrinin quruluşunu mükəmməl bilmək;
•    Fövqəladə və ya nasazlıq hallarında tez və düzgün qərar vermək bacarığı;
•    Məsuliyyətli, intizamlı, dəqiq və komanda ilə işləmək qabiliyyəti.

Biz nə təklif edirik?
•    Rəqabətədavamlı və yüksək əməkhaqqı;
•    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
•    Peşəkar komandada işləmək və stabil iş mühiti.

Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Nəm dəsmal avadanlıqları ustası" qeyd etməklə  [email protected]  elektron ünvanına göndərə və ya (077) 223-10-11 nömrəsi ilə əlaqə saxlaya bilərlər.