hrin.az
Camal LTD

İSTEHSALAT İŞLƏRİ ÜZRƏ NÖVBƏ NƏZARƏTÇİSİ

Camal LTD

Əmək haqqı: 1000 ₼

23716 oktyabr 2026
TəcrübəFərq etməz
İş qrafikiNövbəli iş
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriFərq etməz
TəhsilFərq etməz
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

“Camal” LTD şirkəti istehsalat prosesinin təşkili və növbə ərzində işlərin icrasına nəzarət etmək üçün məsuliyyətli və təcrübəli əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:
•    İstehsalat prosesinin müəyyən edilmiş iş planına və qrafikinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
•    Növbə ərzində işçilərin fəaliyyətini əlaqələndirmək və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
•    İstehsalat sahəsində əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
•    İstehsal olunan məhsulların keyfiyyətinə və müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət etmək;
•    Xammal və materiallardan səmərəli istifadə olunmasını izləmək;
•    İstehsalat avadanlıqlarının düzgün istismarına və iş prosesinin fasiləsizliyinə nəzarət etmək;
•    İstehsalat zamanı yaranan problemlər və nasazlıqlar barədə aidiyyəti rəhbərliyə məlumat vermək;
•    Növbə üzrə istehsalat göstəricilərini qeydə almaq və hesabatları hazırlamaq;
•    Növbə təhvil-təslim prosesini həyata keçirmək;
•    Əməyin mühafizəsi, sanitariya-gigiyena və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Tələblər:

•    Orta ixtisas və ya ali təhsil;
•    İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
•    İstehsalat prosesinin təşkili və işçilərin fəaliyyətinin koordinasiyası bacarığı;
•    Məsuliyyətli, diqqətli və operativ olmaq;
•    Komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı;
•    Hesabatların hazırlanması və ilkin sənədləşmə bacarığı;
•    MS Office proqramlarından istifadə bacarığı arzuolunandır.

İş şəraiti:
•    Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
•    İş yeri: : Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
•    Əməkhaqqı: 1.000 AZN
•    İş qrafiki: Növbəli iş rejimi

Müraciət qaydası
Mövzu hissəsində “İSTEHSALAT İŞLƏRİ ÜZRƏ NÖVBƏ NƏZARƏTÇİSİ” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.