hrin.az
AgroTrade Supply

Təsərrüfat işləri üzrə mütəxəssis

AgroTrade Supply

Əmək haqqı: Razılaşma

20114 oktyabr 2026
TəcrübəFərq etməz
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

Təsvir

"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını, eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir.

Əsas Öhdəliklər

  • Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət etmək;
  • Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
  • Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
  • Təsərrüfat ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil etmək;
  • Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya etmək;
  • Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini təmin etmək;
  • Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək;
  • Daxili qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər:
  • Təhsil: Bakalavr təhsili;
  • Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması üstünlükdür;

Peşəkar və Texniki Biliklər:

  • Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət bacarığı;
  • Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;

Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları, məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat