hrin.az

Təchizat üzrə koordinator

Seaport Catering

Əmək haqqı: 800-1000 ₼

225 sentyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:
  • Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;
  • Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;
  • Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;
  • Sifariş olunmuş malların miqdar, qiymət və keyfiyyət göstəricilərinin elektron qaimə və sənədlərə uyğunluğunun yoxlanılması;
  • Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;
  • Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;
  • Təchizatçı müqavilələrinin hazırlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət edilməsi;
  • Maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin, üzləşmələrin və aylıq hesabatların aparılması;
  • Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların 
    vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

 

Tələblər:
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət və analitik düşünmə bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;
  • Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.

İş qrafiki və şirkət tərəfindən təminatlar

  • İş qrafiki: 5 iş günü;
  • Şənbə və bazar günləri istirahət;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş üçün mobil nömrə təqdim edilir.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

📧 [email protected]