hrin.az

Mətbəə və çap işləri üzrə texnik

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Əmək haqqı: Razılaşma

20109 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:
  • AutoCAD, ArchiCAD, Adobe Photoshop və digər layihələndirmə proqramlarında hazırlanmış sənədlərin redaktə edilməsi, çapa hazırlanması və çap prosesinin həyata keçirilməsi;
  • Çap avadanlıqlarının iş prinsipləri və texniki xüsusiyyətləri barədə məlumatlı olmaq;
  • Çap avadanlıqlarının, qurğularının və alətlərinin texniki vəziyyətini və istismara yararlılığını yoxlamaq;
  • Çap prosesinə, çap keyfiyyətinə və rəng uyğunluğuna nəzarət etmək;
  • Çapa təqdim olunan sənədlərin, qrafik materialların və digər çap fayllarının tamlığını, formatını və keyfiyyətini yoxlamaq;
  • Tapşırıqları müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətli şəkildə yerinə yetirmək.
Tələblər:
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (poliqrafiya və çap sahəsində təcrübəyə üstünlük verilir);
  • AutoCAD, ArchiCAD, Adobe Photoshop və Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Çap avadanlıqları haqqında biliklər;
  • Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və təşəbbüskarlıq;
  • Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00;
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək;
  • İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.