hrin.az

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

ATA PACK MMC

Əmək haqqı: 600 ₼

20413 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli iş
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriFərq etməz
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliYaxşı
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

“ATA PACK” MMC Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və barkodların düzgünlüyünün yoxlanılması.
  • Məhsulların müştəri sifarişi və təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
  • Xammalın keyfiyyətinə nəzarət. 
  • Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
  • Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili. 
  • İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
  • Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması. 
  • İSO 9001:2015, İSO 22000:2018 standartlarının tələblərinə uyğun işləmək.
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.
Tələblər:
  • Ali təhsil;
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması mütləqdir);
  • MS Excel və Word proqramlarından istifadə.
  • Rus dili biliyi B1 səviyyədə (mükəmməl səviyyədə yazı və oxu bacarıqları)
  • Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
  • Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
  • Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
  • Növbəli iş rejimində işləyə bilmək.

İş şəraiti:

  • Əməkhaqqı: 600 Azn 
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: Növbəli
  • Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur.