hrin.az

İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO)

Core Construction

Əmək haqqı: Razılaşma

23215 oktyabr 2026
TəcrübəFərq etməz
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriOrta
TəhsilFərq etməz
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

İş yeri: Bakı şəhəri / layihə ərazisi

Struktur bölmə: İstehsalat-Texniki Şöbə (PTO)

Vəzifə haqqında

  • CORE CONSTRUCTION MMC tikinti layihələrinin texniki sənədləşdirilməsi, işlərin planlaşdırılması və icra prosesinə nəzarətin təmin edilməsi məqsədilə komandamıza İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) vəzifəsi üzrə təcrübəli və məsuliyyətli əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin hazırlanması;
  • Layihə və işçi çertyojların təhlili, texniki tələblərə uyğunluğun yoxlanılması;
  • İşlərin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Yerinə yetirilmiş işlərin həcmlərinin hesablanması və yoxlanılması;
  • Görülmüş işlərə dair aktların, arayışların və digər texniki sənədlərin hazırlanması;
  • Tikinti sahəsindən daxil olan məlumatların təhlili və hesabatların hazırlanması;
  • Layihə, smeta və faktiki icra göstəricilərinin müqayisə edilməsi;
  • Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
  • Tikinti işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak etmək.
Tələblər:
  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas);
  • Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş təcrübəsi;
  • Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • İş həcmlərinin hesablanması və texniki hesabatların hazırlanması üzrə biliklər;
  • Tikinti norma və qaydaları haqqında məlumatlı olmaq;
  • Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
  • Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı.