hrin.az

İcraçı direktor

Azera Holding

Əmək haqqı: Razılaşma

22615 oktyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriFərq etməz
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliƏla
İngilis diliƏla

İş haqqında

İş şəraiti:

"AZERA HOLDİNG" tərkibindəki “Katan Tekstil” MMC-də İcraçı direktor vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Şirkətin strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin idarə edilməsi və optimallaşdırılması;
  • Tekstil üzrə istehsal proseslərinin, resursların və işçi heyətinin effektiv idarə olunması, məhsuldarlığın artırılması;
  • Keyfiyyət standartlarına və bazar tələblərinə uyğun məhsul istehsalının təmin edilməsi, keyfiyyətə nəzarət  sisteminin təkmilləşdirilməsi;
  • İstehsalatda innovativ həllərin tətbiqi ilə xərclərin azaldılması və effektivliyin artırılması;
  • Şirkətin maliyyə fəaliyyətlərinə nəzarət, büdcə planlaması və icrasının təmin edilməsi;
  • Müəssisənin inkişaf planlarının hazırlanması və strateji qərarların icrası;
  • Biznes əlaqələrinin genişləndirilməsi, tədarükçülər, müştərilər və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqların qurulması;
  • İnsan resurslarının idarə edilməsinə dəstək və işçi heyətinin təlim və inkişafı üçün şəratin qurulmasının tətbiqi;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi və  risklərin idarə olunması və korporativ siyasətlərin icrasına nəzarət.
Tələblər:
  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, İstehsalın İdarə Edilməsi və ya uyğun sahələr üzrə)
  • İş təcrübəsi: Tekstil və ya istehsalat sahəsində ən azı 5 illik rəhbər vəzifədə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan , Rus və İngilis dili səlis danışıq və yazı
  • Proqram bilikləri: MC ofis proqramları , 1C üzrə biliklər
  • Əlavə təlim və sertifikasiya:  Certified Textile Professional (CTP), Project Management Professional (PMP) – Layihə idarəetməsi üzrə beynəlxalq sertifikat, Certified Manager (CM) – idarəetmə üzrə peşəkar sertifikat, Six Sigma (Green/Black Belt) – istehsal proseslərinin optimallaşdırılması və israfın azaldılması üçün tətbiq edilən metodologiyanı əhatə edən sertifikatlar arzuolunandır.
  • Bəy namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
  • 5 günlük iş qrafiki