hrin.az
Camal LTD

HORECA SATIŞ MENECERİ

Camal LTD

Əmək haqqı: 2500 ₼

22116 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliƏla
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:

“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır.

Vəzifə öhdəlikləri
•    HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
•    Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq;
•    Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi;
•    Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
•    Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək;
•    Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili;
•    Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək;
•    Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək;
•    Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək;
•    Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
•    Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək;
•    Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək.

Tələblər:
  • •    Ali təhsil;
    •    HORECA, FMCG və ya satış sahəsində ən azı 3 il iş təcrübəsi;
    •    Satış komandasının idarə olunması üzrə təcrübə;
    •    HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq;
    •    Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
    •    Komanda idarəetməsi və liderlik bacarığı;
    •    Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
    •    Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma;
    •    MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı;
    •    Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti;

    İş şəraiti
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 2500
  • İş yeri: İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

    Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış meneceri” yazmaqla müraciət edilir.