hrin.az

Araşdırma mütəxəssisi

Veysəloğlu-Rossmann

Əmək haqqı: Razılaşma

19012 oktyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşFərq etməz
SürücülükFərq etməz
Hərbi xidmətFərq etməz
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliFərq etməz
Rus diliFərq etməz
İngilis diliFərq etməz

İş haqqında

İş şəraiti:
  • Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
  • Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
  • Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
  • Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
  • Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
  • Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
  • Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
  • Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
  • Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.
Tələblər:
  • Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
  • Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
  • ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə